Ana Dili Mobil Oyununa xoş gəlmisiniz
Ana Dili: Əlifbanı Öyrənirəm
What is it about?
Ana Dili Mobil Oyununa xoş gəlmisiniz. Əziz valideynlər, bu oyunla dünyanın hansı yerində olmağınızdan asılı olmayaraq övladlarınıza Azərbaycan Dili əlifbasını əylənərək öyrədə bilərsiniz.
App Screenshots
App Store Description
Ana Dili Mobil Oyununa xoş gəlmisiniz. Əziz valideynlər, bu oyunla dünyanın hansı yerində olmağınızdan asılı olmayaraq övladlarınıza Azərbaycan Dili əlifbasını əylənərək öyrədə bilərsiniz.
Bu oyunda hərflər uşaqlara xəttlərin və qövslərin birləşməsi olaraq deyil, hər biri fərqli bir cizgi film obrazları olaraq təqdim edilir. Özünəməxsus səslərə və hərəkətlərə sahib olan bu hərflər sayəsində uşaqlar həm hərflərin yazılışını, həm adlarını, həm fonetikasını, həm də oynadıqları sözlərin leksik mənasını öyrənir.
Məktəbəqədər və ibtidai sinif çağında olan şagirdlərə əvəzedilməz təhsil təcrübəsi təqdim edən Ana Dili mobil oyunu eyni zamanda xarici ölkələrdə yaşayan həmvətənlərimizə, eləcə də məktəblərin və təhsil mərkəzlərinin olmadığı regionlarda yaşayan milyonlarla balaca üçün də Azərbaycan Əlifbasını ən sevdikləri üsulla - əylənərək öyrənmə fürsətidir.
Ana Dili mobil oyunu Pasha Holding-in Azərbaycan Dili və Dünya Azərbaycanlılarına hədiyyəsidir.
Oyun ilə bağlı rəylərinizi bizimlə paylaşmağı unutmayın.
AppAdvice does not own this application and only provides images and links contained in the iTunes Search API, to help our users find the best apps to download. If you are the developer of this app and would like your information removed, please send a request to takedown@appadvice.com and your information will be removed.