You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Agrohub

“Agrohub” mobil tətbiqi Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı naminə fermerlər və aqronomlar arasında kommunikasiyanı gücləndirmək məqsədilə yaradılıb

“Agrohub” mobil tətbiqi Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı naminə fermerlər və aqronomlar arasında kommunikasiyanı gücləndirmək məqsədilə yaradılıb

Agrohub

by AgroHub
Agrohub
Agrohub
Agrohub

What is it about?

“Agrohub” mobil tətbiqi Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı naminə fermerlər və aqronomlar arasında kommunikasiyanı gücləndirmək məqsədilə yaradılıb.

Agrohub

App Details

Version
1.0
Rating
NA
Size
62Mb
Genre
Business News
Last updated
September 25, 2024
Release date
September 25, 2024
More info

App Screenshots

Agrohub screenshot-0
Agrohub screenshot-1
Agrohub screenshot-2
Agrohub screenshot-3
Agrohub screenshot-4
Agrohub screenshot-5
Agrohub screenshot-6
Agrohub screenshot-7

App Store Description

“Agrohub” mobil tətbiqi Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı naminə fermerlər və aqronomlar arasında kommunikasiyanı gücləndirmək məqsədilə yaradılıb.

Əsas özəlliklər:
• İstifadəçilər fermer və ya aqronom kimi qeydiyyatdan keçə bilərlər.
• Fermerlər və aqronomlar istənilən mövzu ilə bağlı fikirləri, sualları və ya qarşılaşdıqları çətinlikləri mətn, şəkil və ya video formatında əsas səhifədə paylaşıb digər fermer və aqronomlarla müzakirə edə bilərlər.
• İstifadəçilər kənd təsərrüfatı avadanlıqları və ya digər məhsulları satmaq məqsədilə elanlar yerləşdirə bilər və ya ehtiyacı olan məhsulları elanlar səhifəsindən axtara bilərlər.
• Tətbiq istifadəçiləri yetişdirdikləri məhsul növü, bölgə, suvarma üsulu, təsərrüfat ərazisinin sahəsi və s. məlumatları daxil edərək əkin əlavə edə bilərlər. Beləcə bu əkinə uyğun əkin məlumatları (suvarma, iqlim şəraiti, gübrələmə proqramı, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə formaları və s.) əlçatan olacaqdır.
• Fermerlər onları maraqlandıran bütün sualları çat vasitəsilə aqronoma yönləndirərək məsləhət ala bilərlər.

İstifadə qaydaları:
• Qeydiyyat prosesi çox sadədir. Mobil nömrənizi əlavə edərək gələn birdəfəlik kodu daxil edib qeydiyyatdan keçə bilərsiniz. Əgər aqronom kimi qeydiyyatdan keçirsinizsə, aqronom olduğunuzu təsdiq edən hər hansı bir sənədi əlavə etməyiniz tələb olunacaqdır.
• Elan yerləşdirərkən sizdən bir və ya bir neçə şəkil əlavə etmək, müvafiq kateqoriyanı siyahıdan seçmək, satdığınız məhsulun qiymətini və haqqında məlumat əlavə etmək tələb olunacaq. Elanı yaradarkən əlavə etdiyiniz mobil nömrə, elana baxanlara əlçatan olacaq və onlar sizinlə əlaqə saxlayaraq məhsulunuzu almaq imkanı əldə edəcəklər.
• Həmçinin siz digər istifadəçilərin yerləşdirdiyi elanlara daxil olaraq məhsullar haqqında ətraflı məlumatı oxuya, şəkillərinə baxa, elan sahibi ilə əlaqə saxlaya bilərsiniz.
• Siz hər hansı post paylaşarkən bu digər istifadəçilərin əsas səhifəsində görünür. Onlar sizin postlara rəy bildirə, bəyənə, həmçinin sizin postlara abunə ola bilərlər. Abunə olduğunuz istifadəçilərin postları ilə bağlı sizə tətbiq tərəfindən xəbərdarlıq göndəriləcəkdir.
• Hər hansı bir və ya bir neçə bitkinin əkini ilə məşğulsunuzsa, onu əkin kimi əlavə edə və ya Faydalı səhifəsindən həmin bitkini seçərək məlumatlar əldə edə bilərsiniz. Burada həm bitki ilə bağlı məqalələr, həm də əkin proqramları mövcuddur.

Yükləyin və başlayın:
Fermerin rəqəmsal dostu “Agrohub”ı elə indi yükləyib istifadə etməyə başlayın. Bütün bu imkanlar hamısı sizə tam ödənişsiz təklif olunur. Təsərrüfatınızı daha məhsuldar sahəyə çevirmək üçün “Agrohub” daim yanınızdadır!

Əlaqə:
Sizə maraqlı olan bütün suallara bizimlə əlaqə saxlayaraq cavab tapa bilərsiniz.
Email: info@agrohub.az
Telefon: +994 50 209 46 65
Vebsayt: agrohub.az

Disclaimer:
AppAdvice does not own this application and only provides images and links contained in the iTunes Search API, to help our users find the best apps to download. If you are the developer of this app and would like your information removed, please send a request to takedown@appadvice.com and your information will be removed.