You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Fonibo

Fonibo - Market, Yemək, Aptek, Çatdırılma Xidməti

Fonibo - Market, Yemək, Aptek, Çatdırılma Xidməti

Fonibo

by Fonibo
Fonibo
Fonibo
Fonibo

What is it about?

Fonibo - Market, Yemək, Aptek, Çatdırılma Xidməti

Fonibo

App Details

Version
1.1.15
Rating
(1)
Size
103Mb
Genre
Food & Drink Shopping
Last updated
October 21, 2021
Release date
March 18, 2020
More info

App Screenshots

Fonibo screenshot-0
Fonibo screenshot-1
Fonibo screenshot-2
Fonibo screenshot-3
Fonibo screenshot-4
Fonibo screenshot-5

App Store Description

Fonibo - Market, Yemək, Aptek, Çatdırılma Xidməti


Fonibo 7/24 fəaliyyət göstərən və sifarişlərinizi 20-30 dəqiqə ərzində qapınıza çatdıran mobil tətbiqdir. Yemək, ərzaq, tibbi məhsullar və s. çatdırılması üçün telefonunuzda sadəcə Fonibo olması sizə kifayət edəcəkdir.


- Supermarketdən onlayn ərzaq sifarişi edin.
- Restoranlardan onlayn yemək sifarişi edin.
- Aptekdən onlayn dərman sifarişi edin.
- Şəhərin istənilən yerinə bir neçə toxunuşla bağlamalarınızı göndərin.


Niyə Fonibo?

Biz şəhər içi 15 dəqiqə müddət ilə ən sürətli çatdırılma xidmətiyik.
Sifarişin kiçik və ya böyük olmasının əhəmiyyəti yoxdur. Biz hər şey daşıyırıq.
Şəhərin istənilən bölgəsindən sifariş edin. Biz çatdırırıq.
Foniboda ödənişləri online şəkildə edərək təmassız ödəmə təcrübəsini yaşayın və Visa, Mastercard cashback-ləri əldə edin.
7/24 canlı dəstək, xüsusi endirim və cashback-lər, sifarişi izləmə, sifariş çatdırılma vaxtını seçmək imkanı, ödənişdən sonra sifarişdə düzəliş etmə və daha çoxu.


Supermarketlərdən Ərzaq Sifarişi

Supermarket alış-verişlərini Fonibo vasitəsilə çox sadələşdirdik. Bakının istənilən ərazisində sizə ən yaxın olan marketdən bir neçə toxunuşla alış-veriş etməyin rahatlığını kəşf edin.

Fonibo ərzaq çatdırma xidməti vasitəsilə onlayn ərzaq sifariş et - Meyvə & tərəvəz, gözəllik & sağlamlıq, ət & dəniz məhsulları, şəxsi baxım, uşaq baxımı, təbii məhsullar, ev heyvanı baxımı və digər ərzaq məhsulları üçün Fonibodan alış-veriş edərək, ərzaq məhsullarının, ən əlverişli çatdırılma tətbiqi vasitəsilə 15 dəqiqəyə evinizə çatdırılmasının həzzini yaşayın. Foniboda ödəniş etdikdən sonra da sifarişinizə əlavələr və ya ixtisarlar edə bilərsiniz. Qalıq qalan ödənişiniz olduqda isə həmin anda balansınıza geri qaytarılacaqdır.

Restoranlardan Yemək Sifarişi

Sizə ən yaxın restorandan istədiyiniz yeməyi dəqiqələr ərzində ist-isti əldə edin. Fonibo ilə şirniyyat mağazaları, kafeşoplar, restoranlar, yeməkxanalar və daha yüzlərlə müxtəlif ticarət obyektlərindən ən sevimli menyularınızı bir neçə toxunuşla əldə edə bilərsiniz.

Yemək bişirməyə vaxtınız yoxdur? - Narahat olmağa dəyməz. Foniboda yüzlərlə fərqli mətbəx məhsullarından istədiyinizi seçə bilərsiniz. Bütün yeməklərin şəkilləri tətbiqdə yer aldığı üçün evdə lazımsız sürprizlərlə qarşılaşmayacaqsınız. Foniboda yemək Sifarişinizin hazırlanma, təhvil alınma və s. bütün mərhələlərini tətbiq vasitəsilə anbaan izləyə biləcəksiniz. Həmçinin sizə hər bir status bildiriş olaraq da göndəriləcəkdir.

Apteklərdən Dərman Sifarişi

Fonibo həm də cibinizdəki online aptekdir; axtardığınızı tapmaq üçün bir aptekdən digərinə qaçmağa ehtiyac yoxdur. Qrip dərmanları, vitaminlər, allergiya dərmanları və daha minlərlə tibbi ləvazimatlar Fonibo vasitəsilə yenə də bir neçə toxunuşla evinizə çatdırılsın.
Hətta Fonibodan xüsusi reseptlə satılan dərmanları belə rahatlıqla sifariş edə bilərsiniz. Onlayn aptek məhsulları sifariş edərək siz həm də cahsback və müxtəlif endirimlərdən də yararlana bilərsiniz.

Şəhərdaxili Ekspress Çatdırılma Xidməti

Fonibo sizə şəhəriçi hər yerə dəqiqələr ərzində paket göndərmək imkanı təqdim edir. Fonibonu unudulan açarları göndərmək, evinizdən iş yerinə yemək göndərmək, işgüzar sənədlər və müqavilələr göndərmək və yaxud müştərilərinizə məhsullarınızı göndərmək üçün istifadə edə bilərsiniz. Fərdi ekspress çatdırılma xidmətimiz sizin sadiq köməkçiniz olacaq və işlərinizi dəqiqələr ərzində həll edəcəkdir.

Disclaimer:
AppAdvice does not own this application and only provides images and links contained in the iTunes Search API, to help our users find the best apps to download. If you are the developer of this app and would like your information removed, please send a request to takedown@appadvice.com and your information will be removed.